Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

MEDİA: "Prezidentin adından saxta müraciətlərlə istifadəçilərə maddi yardım vəd edilir"
"Son günlər elektron informasiya resurslarında auditoriyanı çaşdırmaq məqsədilə yaradılmış hiperlinklər vasitəsilə yalan məlumatların tirajlanması halları müşahidə olunur".
"Report" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) açıqlamasında bildirilib.
Bildirilib ki, Azərbaycan Prezidentinin adından istifadə olunmaqla hazırlanan saxta müraciətdə istifadəçilərə maddi yardım vəd edilir və elektron hesab yaradaraq qeydiyyatdan keçməklə bu yardımdan faydalanmaq təklif olunur.
"Bildiririk ki, qeyd olunan müraciət bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən kiberdələduzluq nümunəsidir. Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallarla bağlı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyalara qarşı sayıq olmağa çağırırıq", - deyə məlumatda qeyd olunub.
"Kiberdələduzluq" teqi üzrə xəbərlər
- "Telegram"da investisiya və yatırım adı ilə dələduzluq edən şəxs saxlanılıb
- Dələduzluq təhdidi: Süni intellekt vasitəsilə çağırışlar yayılır
- DİN: Kiberdələduzlar son günlər yeni üsül və texnoloji yeniliklərdən istifadə edirlər
- Bakıda polis özünü şirkət rəhbəri kimi təqdim edən kiberdələduzu saxlayıb
- Alim Qasımovun qızına qarşı dələduzluq edən şəxslər saxlanılıblar