Bu gün axşam saatlarında Şəmkir rayonunun Abbaslı kəndi ərazisindən keçən su kanalından həmin kənd sakini olan 7-8 yaşlı qız meyiti tapılıb.
Oxu.Az-ın APA-ya istinadən məlumatına əsasən, valideynlərinin bildirdiyinə görə, uşaq bu gün məktəbə gedib və geri qayıtmayıb.
Aparılan axtarış tədbirləri nəticəsində uşağın meyiti Abbaslı kəndi ərazisindən keçən su kanalından tapılıb.
Hazırda Şəmkir rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırmalar aparır.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin