Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məmmədli kəndində səkkiz ev işıqsız qalıb: XƏTLƏR YENİLƏNİR
Abşeron rayonunun Məmmədli kəndinə elektrik enerjisinin verilməsində problem yaşanır.
Bu barədə Oxu.Az-a kənd sakini məlumat verib.
O qeyd edib ki, bu gün səhərdən Seyid Şuşinski, 75b ünvanında elektrik enerjisi yoxdur. "Evdə böyük-kiçik buz kəsmişik. İşığı niyə kəsdiklərini öyrənə bilmirik", - deyə şikayətdə qeyd olunub.
"Azərişıq" ASC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, buna səbəb ərazidəki xətlərdə yenilənmə işlərinin aparılmasıdır.
"S.Şuşinski küçəsində cəmi səkkiz evdə işıq yoxdur. Hazırda əməkdaşlarımız ərazidəki elektrik xətlərinin yenilənməsini həyata keçirirlər. Yaxın bir saat ərzində elektrik enerjisinin verilməsi təmin olunacaq", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıda təhlükəli vəziyyət: Sakinlər qorxu içində
- Biləcəridə sakinlər istifadəsiz taksi dayanacağından şikayətləndilər
- Pensiya kapitalında 500 manatlıq "kəsir": Məbləğ hansı hallarda artıb-azala bilər?
- Ucarda sakinlər internetdən ŞİKAYƏT EDİRLƏR: Kəndin bir hissəsinə çəkilib, bir hissəsinə yox
- Qar Zabrat yolunu deşik-deşik etdi: Nəqliyyatın hərəkəti üçün TƏHLÜKƏ yarandı