Mərkəzi Nəbatat Bağı təmirdən sonra sakinlərin istifadəsinə verilib.
Oxu.Az-ın məlumatına görə, giriş 6 yaşa qədər olanlara pulsuz, altı yaşdan böyüklər üçün isə 2 manat təşkil edir.
Qeyd edək ki, bu gün mətbuat nümayəndələri üçün Mərkəzi Nəbatat Bağı ilə tanışlıqla bağlı media-tur təşkil edilib.