Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi başa çatıb
Bakı Konqres Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan Könüllüsünü bir araya toplayan "Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu"nun rəsmi açılış mərasimi sona çatıb.
Oxu.Az xəbər verir ki, sonda könüllük fəaliyyətində aktivlik göstərən gənclər "İlin könüllüsü" mükafatlarına layiq görülüb.
Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, "ASAN xidmət" və "IDEA" İctimai Birliyinin tərəfdaşlığı ilə 5-16 dekabr tarixlərində keçiriləcək "Azərbaycan Könüllülük Həftəsi 2024" çərçivəsində keçirilib.
Bakıda "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən üç mindən çox könüllünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunun rəsmi açılış mərasimi keçirilir.
Oxu.Az xəbər verir ki, Azərbaycan Könüllülük Həftəsi - 2024 çərçivəsində baş tutacaq layihə və tədbirlər "Yaşıl dünya", "Vətənpərvər könüllü", "Yaşıl enerji", "Sağlam həyat", "İnsanyönümlü şəhər və mobillik", "Ekotəşəbbüslər", "Təmiz şəhər", "Yaşıl dünya üçün birlik", "Ekomədəniyyət", "Ekomaarifləndirmə", "COP29 könüllülərin gözü ilə", "Beynəlxalq arenada Azərbaycan könüllülüyü" mövzularına həsr olunacaq. Həftənin bu mövzular əsasında həyata keçirilməsi yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, həm də cəmiyyətimizdə gənclərin diqqətinin ekoloji problemlərə cəlb olunmasına və onların ekologiyanın qorunmasına daha məsuliyyətli yanaşmasının güclənməsinə xidmət edəcək.
Forumda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının rəsmiləri iştirak edirlər.
Qeyd edək ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, "ASAN xidmət" və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə 5-16 dekabr tarixlərində Azərbaycan Könüllülük Həftəsi - 2024 çərçivəsində keçirilir.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif