Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cənubi Koreyada müxalifət lideri prezidenti hakimiyyəti qəsb etmək cəhdində ittiham etdi
Cənubi Koreyada aparıcı "Toburo" partiyasının sədri Li Çje-Myon Prezident Yun Sok Yol tərəfindən hərbi vəziyyətin tətbiqini "saray çevrilişi"nə cəhd adlandırıb.
Oxu.Az bu barədə KBS nəşrinə istinadən xəbər verir.
"Bu hadisələrin mahiyyəti ondan ibarətdir ki, prezident əsl monarx olmaq istəyirdi, bu, saray çevrilişidir, bunun nəticəsində o, əsl van (kral - red.) olmaq arzusunda idi", - deyə Li Çje-Myon bildirib.
Qeyd edək ki, 2022-ci il prezident seçkisində o, hazırkı dövlət başçısına az fərqlə uduzub.
"Yun Sok Yol bütün konstitusiya və dövlət orqanlarını öz nəzarəti altına almaq istəyirdi", - deyə siyasətçi iddia edib.
Xatırladaq ki, daha əvvəl polis prezidenti dövlət quruluşuna qarşı "qiyam"a cəhddə ittiham edən müxalifətçi deputatların ifadəsi ilə bağlı istintaqın başlanıldığını elan edib. Prezident administrasiyasından dövlət başçısının qanunauyğun hərəkət etdiyi vurğulanıb.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Konvoy, mühafizə, qeyri-müəyyənlik: Cənubi Koreya prezidenti məhkəməyə aparıldı
- Dəmir barmaqlıqlar arxasından: Cənubi Koreya prezidenti təcridxanadakı həyatı haqqında məktub yazdı
- Cənubi Koreyada prezidentin həbsinə mane olan mühafizə xidmətinin rəisi saxlanıldı
- Cənubi Koreyada təyyarə qəzasıyla bağlı maddi sübutlar tapılıb
- Cənubi Koreya prezidentinin həbsi: Gecəni təkadamlıq kamerada keçirdi
Rəylər