Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Metalişləmə üzrə sənətkar: "Nazir köməkçilərinə dedi ki, sizi artıq bu qamçı ilə döyəcəyəm"
Bədii metalişləmə Azərbaycan xalq sənətinin həm maddi, həm də mənəvi baxımdan böyük dəyər kəsb edən sahələrindən biridir.
Ölkədə bu sənəti yaşadan azsaylı sənətkarlardan biri də Əməkdar rəssam, professor Şaiq Məmmədovdur.
Bədii metalişləmənin tarixən dörd növ üzrə (dəmirçilik, silahçılıq, misgərlik və zərgərlik) inkişaf etdiyini deyən rəssam hazırladığı sənət əsərlərini satmağa üstünlük vermədiyini vurğulayıb.
"Düşünürəm ki, yaratdığı əsərlər rəssamın övladıdır. Ona görə də çox müraciət olsa da, onları satmamağa çalışıram. Qarabağımızın işğaldan azad edilməsində Ali Baş Komandanımızın böyük xidmətləri var. Hazırladığım xəncəri böyük məmnuniyyətlə ona bağışlayaram. Qamçılardan birini Polad Bülbüloğluna hədiyyə etmişəm. Çox sevinib, köməkçilərinə zarafat da etmişdi ki, sizi artıq bu qamçı ilə döyəcəyəm", - deyə Ş.Məmmədov söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Rəylər