“Bakı Metropoliteni” yeni qatarlar alacaq.
Oxu.Az-ın məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, köhnə qatarlara praktik olaraq kondisioner quraşdırmaq mümkün deyil:
“Qatarların istismar müddəti başa çatanda, yaxud yeni stansiyalar istifadəyə verildikdə yeni qatarlar alınacaq”.
Bəxtiyar Məmmədov qeyd edib ki, 2019-cu ilin sonu, 2020 əvvəli yeni metrostansiyanın açılması gözlənilir.