Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərində suyun verilməsində məhdudiyyətlər yaranacaq.
“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, iyulun 31-də gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.