Gün ərzində kimi işə, kimi dərsə, ya da başqa bir yerə tələsir. Bu zaman daha çox istifadə edilən nəqliyyat vasitəsi də elə metro olur.
Metro qatarları sərnişinləri qəbul etməyə necə hazırlanır?
Bu prosesin daha yaxından şahidi olmaq üçün “Bakı Metropoliteni”nin deposuna üz tutduq.
“Burada qaçışa uyğun olaraq vaqon saxlanılır, vaqonların alt hissəsindəki avadanlıqlar tam sökülərək yenisi ilə əvəzlənir. Qatarlar texniki baxış sahəsinə isə 12-20 saatdan sonra daxil olur, texniki baxış keçirilir, müəyyən təmir işləri yerinə yetirilir və xəttə buraxılır”, - “Bakı Metropoliteni” QSC-nin işçisi bildirib.
Digər mühüm məsələ isə vaqonların təmizliyidir.
Vaqonların üst hissəsi xüsusi ayrılmış yerlərdə yuyulub qurudulur, içərisi isə metropolitenin işçiləri tərəfindən təmizlənir.
Səhər saat 08:00-dan axşam 20:00-dək qatarların içini təmizlədiklərini deyən işçilərin ən çox əziyyət çəkdikləri məqam tutacaqlara və yerlərə yapışdırılan saqqızları qoparmaqdır. Çünki onların təmizlənməsi vaxt aparır.
Qatar cədvəl üzrə hərəkətə başlayanadək bu işlərin hər biri yekunlaşmalıdır. Müəyyən vaxtlarda isə sərnişinlərin daha çox şikayət etdiyi məsələ metrolarda zibil qablarının olmamasıdır.
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, metrostansiyalarda zibil qablarının olması qadağandır. Səbəb isə sərnişinlərin, stansiyaların təhlükəsizliyidir.
Gün ərzində kimi işə, kimi dərsə, ya da başqa bir yerə tələsir. Bu zaman daha çox istifadə edilən nəqliyyat vasitəsi də elə metro olur. Metro qatarları sərnişin...
İlhamə Kələyeva, Orxan Hüseynzadə
Rəylər