Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Metronun "Həzi Aslanov" stansiyasında işlər nə vaxt YEKUNLAŞACAQ?
Bu gündən metronun "Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.
Bəs, görəsən, metronun "Həzi Aslanov" stansiyasında başlanan təmir və yenidən qurma işləri nə zaman yekunlaşacaq?
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlama verib.
"Hazırda başlanacaq işlər dalan hissəsində olacaq. Təkcə dalan hissəsinin təmir işləri 1 il yarım, 2 il vaxt alacaq. Ümumilikdə metronun "Həzi Aslanov" stansiyasında təmir və yenidən qurma işlərinin nə zaman bitməsi ilə bağlı nəsə demək mümkün deyil. Stansiyanın özündə təhlillər aparılaraq, ekspertiza keçirilib, müvafiq rəylər alındıqdan sonra aparılan müayinələrdə söküntü prosesi başlayanda əskiklərin nə qədər olduğuna baxılır və qiymətləndirmə tərtib olunur. Məhz bundan sonra işlərin təxminən nə vaxt yekunlaşması barədə nəsə demək olar", o deyib.
Xatırladaq ki, "Həzi Aslanov"da aparılacaq təmir işləri ilə əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır. Bu gündən həmin avtobuslar səhər saat 6-dan gecəyarısınadək sərnişinlərə xidmət göstərməyə başlayıb.
Aygün Mirakif
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Bakı metrosunda "Həzi Aslanov" yazılı lövhələr dəyişdiriləcək?
- Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki DƏYİŞDİ
- Bu xəbərləri qaçırmayın: 29.11.2024-ün ən mühüm hadisələri
- Sabahdan Bakı metrosunda qatarların hərəkət qrafiki DƏYİŞİR
- "Nəriman Nərimanov" stansiyasında sərnişinlər qatardan düşürdülüblər
Rəylər