Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Sahil" metrostansiyasındakı eskalatorda nə baş verib? - AÇIQLAMA
"Bakı Metropoliteninin "Sahil" stansiyasındakı eskalatorda hər hansı ciddi problem baş verməyib".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O, qeyd edib ki, metronun "Sahil" stansiyasında sərnişinlərdən birinin ehtiyatsızlıqla təhlükəsizlik açarına toxunması səbəbindən eskalator qəfil dayanıb.
"Qeyd edim ki, Metropolitenin normativ tələblərinə uyğun olaraq, dərhal eskalatora baxış keçirilməklə yanaşı eskalatorun mühafizəetmə panelində müvafiq göstəricilərə də baxılıb, hər hansı problem olmadığı müəyyənləşib. Təxminən bir dəqiqə sonra eskalator yenidən işə salınıb. Eskalatorun qəfil dayanması nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb və hər hansı neqativ hadisə müşahidə olunmayıb.
Ümumilikdə, gün ərazində, "Sahil" stansiyasında bu, ikinci belə hadisədir. Belə ki, bu gün günorta saatlarına doğru da belə bir hadisə də qeydə alınıb. O hadisəyə səbəb isə eskalatorlardan birinə kənar əşya düşməsi olub.
Diqqətinizə çatdırım ki, yeni nəsil eskalatorlarda xüsusi özünümühafizə sistemi olduğu üçün kənar əşya olduqda və ya eskalatorun işinə hər hansı bir maneə hiss olunduqda sistem avtomatik olaraq qeydə alır və bu səbəbdən dayanma baş verə bilir", - deyə B. Məmmədov bildirib.
17:14
Bakı Metropoliteninin "Sahil" stansiyasında eskalator xarab olub.
Bu barədə Modern.az-a sərnişinlər məlumat veriblər.
Məlumata görə, eskalator anidən dayanıb. Hadisənin səbəbi məlum deyil.
Əzizə İsmayılova
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
- Bakı Metropoliteninin yeni rəisi kimdir? - DOSYE
- İlham Əliyev Zaur Hüseynovu vəzifəsindən AZAD ETDİ - Yeni TƏYİNAT
- Metronun "Sahil" stansiyasında eskalatorun hərəkəti DAYANDI: SIXLIQ YARANDI
- Bakıda inşa edilən yeni metro stansiyasının tikintisi dayandırıldı
Rəylər