Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistan parlamentinin spikerindən keşiş Baqrata sərt cavab
"Keşişlər siyasətlə məşğul olmamalıdırlar".
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyasını şərh edərkən bildirib.
"Bir din xadiminin siyasətlə məşğul olması mənim üçün qətiyyən qəbuledilməzdir, çünki kilsə bu işlə məşğul olmamalıdır. İncildə deyilir: "Atamın evini ticarət yerinə çevirməyin". Siyasət elə ticarətdir. Sizə elə gəlir ki, biz beynəlxalq tərəfdaşlarla danışıqlar aparanda, siyasi sövdələşmə ilə məşğul olmuruq? Koalisiya yaradanda siyahılar tərtib edilir - bu, elə ticarətdir", - deyə Simonyan bildirib.
O, moizələrin siyasi mitinqə çevrilməsini yolverilməz olduğunu vurğulayıb.
Simonyan 2008-ci ildən misal çəkib. Onun sözlərinə görə, martın 1-də Robert Koçaryanın dövründə insanlar güllələnəndə etirazçılar katolikosun yanına gediblər, o isə onların qarşısına çıxmayıb.
Xatırladaq ki, keşiş Baqrat Qalstanyan sərhədlərin delimitasiya və demarkasiyası işlərinə etiraz edir və əhalini itaətsizliyə çağırır.
"Baqrat Qalstanyan" teqi üzrə xəbərlər
- Ermənistanda Nikol Paşinyana qarşı cinayət işinin açılması tələb edilir
- Ermənistanda hakimiyyət əleyhinə aksiya: Konstitusiya Məhkəməsinin binasına doğru yürüş keçirilir
- Ermənistan müxalifəti xalqa müraciət etdi
- Ermənistan müharibəyə sürüklənir: Diplomatların yerinə, hərbçilər danışa bilərlər
- Ermənistan müxalifəti yenidən mitinq keçirəcək
Rəylər