Bakının Nәrimanov rayonunda yerlәşәn “Metropark” əyləncə mәrkәzindә partlayıcı aşkarlanmayıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, hadisə yerində olan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi APA-nın müxbirinə açıqlamasında bildirib ki, əyləncə mərkəzinə partlayıcı qoyulması barədə məlumat təsdiqlənməyib.
21:15
Bakının ən böyük əyləncə mərkəzlərindən olan Metropark-a bomba qoyulması barədə xəbər yayılıb.
Oxu.Az-a hadisə yerindən verilən məlumata görə, bomba barədə məlumat alan polis hazırda vətəndaşların əyləncə mərkəzindən təxliyyə olunması ilə məşğuldur.
Polis Metroparka gedən yolları bağlıyıb.
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasedicilər vətəndaşları təhlükəli hesab edilən ərazidən uzaqlaşdırıb.
www.oxu.az