Bu gün futbol üzrə Azərbaycan Super Kubokunun qalibi müəyyənləşib.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, qənimət uğrunda “Neftçi” və “Xəzər Lənkəran” mübarizə aparıb.
Uzun illərdən sonra yenidən bərpa olunan Super Kubok uğrundakı oyuna maraq böyük idi. Çünki həlledici görüş iki barışmaz rəqib arasında baş tutdu.
Oyunda hesabı cənub təmsilçisi açdı. İkinci yarıda "ağ-yaşıllar" azlıqda qaldıqdan sonra "Neftçi" bərabərlik qolunu vursa da, cənublular son saniyələrdə qələbə qoluna imza atmağı bacarıblar.