Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Metropolitendə 100 nəfər ixtisara düşüb? - AÇIQLAMA
“Bakı Metropoliteni” QSC-də təmizlik işlərinə baxan 100-ə yaxın işçinin işdən uzaqlaşdırıldığına dair məlumat yayılıb.
Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Yayılan xəbərlərə aydınlıq gətirən mətbuat katibi faktı təsdiqləyib:
“Bəli, bu informasiya doğrudur. Ölkə başçısı tərəfindən “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qarşısına müvafiq tələblər qoyulmuşdu. Bu gün metropolitendə qabaqcıl dünya texnologiyaları tətbiq edilir. Bütün iş sistemi müasir dünya standartları səviyyəsinə uyğunlaşdırılır. Təəssüf ki, bura insan resursları kapitalı da daxil edilir”.
Stansiyalarda təmizlik işləri aparan işçilərin ştatının ləğv edilməsinin qurumun təmizlik məsələlərinin yeni şirkətə həvalə edilməsilə əlaqəsi olmadığını deyən B.Məmmədov onu da əlavə edib ki, bu məsələdə heç bir qaranlıq məqam yoxdur:
“Artıq “Bakı Metropoliteni” QSC-nin təmizlik məsələlərinə “Tais İFK” MMC şirkəti cavabdeh olacaq. Bunun üçün tender keçirilib və qalib gələn şirkətlə bizim qurum arasında müqavilə bağlanıb. Şirkət rəhbərliyi təmizlik sahəsində çalışan təcrübəli işçilərin işə cəlb ediləcəyini də qeyd edib. Artıq bu istiqamətdə şirkət rəhbərliyi ilə “Bakı Metropoliteni” rəhbərliyi arasında danışıqlar aparılır. Şirkətlə çalışmaqdan imtina edən işçilərin qərarlarına hörmətlə yanaşılıb və metropoliten tərifindən onlara kompensasiya ödənilib”.
Xatırladaq ki, “Bakı Metropoliteni” ilə “Tais İFK” MMC arasında tenderə dair informasiya metro.gov.az saytında yerləşdirilib. Qeyd olunub ki, “Bakı Metropoliteni” QSC tərəfindən 11 yanvar 2018-ci ildə keçirilmiş iki lot üzrə “Bakı Metropoliteni” QSC üçün müxtəlif növ elektrik mallarının və stansiyalarda təmizlik işləri xidmətinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-2 stansiyalarda təmizlik işləri xidmətinin alınması üzrə “Tais İKF” MMC qalib elan olunub.
Qalib gəlmiş təşkilatla ƏDV daxil 1 999 994,08 (bir milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan dörd manat 08 qəpik) manat məbləğində 11.01.2019-cu il tarixində müvafiq satınalma müqaviləsi imzalanıb.
Qeyd edək ki, bu barədə məlumat ilk olaraq unikal.org saytında dərc edilib.
Könül Cəfərli
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər