Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin sərəncamı ilə Arif Alışanov AzTV-nin sədri vəzifəsindən azad edilib.
Oxu.Az-ın xəbərinə görə, QSC sədri vəzifəsinin icrası jurnalist Rövşən Məmmədova tapşırılıb.
Rövşən Məmmədov karyerasına 2000-ci ildə idman jurnalisti kimi başlayıb. Onun telekanalda ilk iş yeri “Lider” olub. Bu telekanalda Olimpiya Oyunlarında şərhçilik edən və idman xəbərlərini aparan Məmmədov daha sonra 2009-cu ildən İdman departamentinin rəhbəri olub.
O, 2014-cü ildə bu telekanaldan ayrılaraq AzTV-yə keçib. Burada isə Məmmədov idman yox, ictimai-siyasi verilişlərdə görünməyə başlayıb. O, “Günün nəbzi” və “Həftə” analitik verilişlərində aparıcılıq edib.
Həmçinin, Rövşən Məmmədov Bakı Slavyan Universitetində müəllim olaraq fəaliyyət göstərib.
Səbuhi MUSAYEV
Rəylər