Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endryu Şofer - ABŞ) ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi müzakirə olunub.
Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü sabah Parisdə keçiriləcək.