Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Milli Şuranın mitinqinə icazə verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın fevralın 23-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.
Bu barədə Oxu.Az-a BŞİH-dən verilən açıqlamada bildirilib.
Məlumata görə, Milli Şuranın Yasamal rayonu, İdman Sağlamlıq Kompleksinin stadionunda mitinq keçirməsinə razılıq verilməyib:
“BŞİH mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib. Bu barədə cavab məktubu təşkilatçılar – İbrahim İbrahimli və Rövşən Əhmədliyə təqdim edilib”.
Qeyd edək ki, Milli Şura mitinqə icazə verilməsi barədə BŞİH-ə müraciət ünvanlayıb.
İlhamə Əbülfət
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər