Bu gün Azərbaycanda Milli Televiziya günüdür.
Oxu.Az xəbər verir ki, ölkəmizdə televiziya ilk dəfə 1956-cı il fevralın 14-də yayıma başlayıb.
Həmin gün Nəcibə Məlikova ekrandan çıxışına “Göstərir Bakı!” kəlməsi ilə başlayıb. İlk yayım günündə “Bəxtiyar” bədii filmi nümayiş olunub.
Əvvəllər televiziya yayımı yalnız Bakı və Sumqayıt şəhərlərini əhatə edirdi. 1957-ci ildən etibarən Salyan, Quba, Kürdəmir və Azərbaycanın digər bölgələrində də televiziya yayımı baş tutdu.
Hazırda Azərbaycan teleməkanında 10 televiziya kanalı, neçə-neçə regional və internet televiziyaları fəaliyyət göstərir.
Aytən Sadıqzadə
www.oxu.az