Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mingəçevirdə doğuş zamanı ÖLÜM: "Həkim təbrik edib, sağlam uşağın doğulacağını bildirmişdi"
Mingəçevirdə yeni doğulan körpənin ölümü ilə bağlı bəzi detallar məlum olub.
Belə ki, əslən Kəlbəcər rayonundan olan və Yevlax rayonunun Səmədabad kəndində məskunlaşan Şəlalə Abdullazadə ilk hamiləliyindən olan uşağı dünayaya gətirmək üçün Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.
Ötən gün axşam saatlarında xəstəxanaya daxil olan 21 yaşlı qadının yaxınlarının bildirdiyinə görə, 11 saat sonra oğlan uşağı dünyaya gəlib. Onlar iddia edirlər ki, ana və uşaq doğuşa qədər hər hansı problem yaşamayıblar. Hətta həkimlərdən biri də onları təbrik edərək, sağlam uşağın doğulacağını bildirib. Amma bir neçə saat sonra onlara körpənin ölü doğulması barədə xəbər veriblər.
Doğum şöbəsindən baş verən ölüm hadisəsi ilə bağlı bildirildi ki, 39-40 həftəlik olan körpə ölü doğulub.
O da qeyd edilib ki, tibbi ekspertiza təşkil olunub, onun rəyindən sonra səbəb bilinəcək. Ananın vəziyyəti isə kafidir.
Ətraflı Baku TV-nin süjetində:
Mingəçevir şəhərində yeni doğulan körpə dünyasını dəyişib.
"Report"un məlumatına görə, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində yeni doğulan körpə vəfat edib.
Körpənin anasının vəziyyəti isə orta-ağır qiymətləndirilir.
"Körpə ölümü" teqi üzrə xəbərlər
- Artan körpə ölümləri: Son 25 ilin ən yüksək göstəricisi - Səbəblər nədir və nə etməliyik?
- Azərbaycanda 18 yaşlı ana doğuş zamanı körpəsini itirdi
- Kürdəmirdə biryaşlı uşaq qıcolmadan öldü
- Abşeronda körpə ürək çatışmazlığından öldü
- Ana ölümlərində bloqerlərin "əməyi": "Qadın doğuşa yaxın ginekoloq axtarır"
Rəylər