Lamiyə Quliyeva ilə başlayıram. Bir aydan çoxdur ki, ölkə mətbuatı məhz bu xanım barəsində danışır. Bilməyənlər üçün xatırladım ki, Lamiyə 16 yaşı olarkən Şəmkirin İcra başçısı işləmiş Aslan Aslanovun oğlunu öldürdüyünə görə həbs olunmuşdu. 10 ildən artıqdır həbsxanada cəza çəkən bu xanım birdən-birə nəyə görə, medianın tam ortasına düşdü?
Oxu.Az xəbər verir ki, bu barədə ANS TV-də yayımlanan həftəlik “Hesabat” verilişinin aparıcısı Mirşahinin Lamiyə Quliyevanın işi ilə bağlı hazırladığı süjetdə bildirilir.
“Camaatımızı son günlər bərk narahat edən məhbus Lamiyənin taleyi, “Dodaqdan Qəlbə”nin qəhrəmanı Lamiyənin taleyindən az cazibədar olmadı. Görəsən niyə? Cavabını deyəsən bilirəm. Amma bu cavabın doğru olub-olmadığını sizinlə tutuşdurmaq istəyirəm. Təbabətdə belə bir ifadə var.
Kəskin ürək çatışmazlığı, böyrək çatışmazlığı. Birini də biz tapmışıq: kəskin seksual çatışmazlıq. Azərbaycanda olduğu kimi. Yoxsa bu ölkənin bütün media prioritetlərinin arxa plana keçdiyini daha nə ilə izah etmək olar… Üçüncü həftəyə keçir ki, məhbus Lamiyənin uşaq doğması bütün ölkə mətbuatını işğal edib. Bəlkə Məryəm İsanı doğanda belə ajiotaj yaranmamışdı…”, - deyə, Mirşahin bildirir.
Həmin süjeti təqdim edirik.