"Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən dörd qurum (Bakıda, Abşeron rayonunda, Sumqayıtda və Gəncədə) reyestrdə qeydiyyata alınıb və istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlanıb".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov deyib.

O qeyd edib ki, statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir:
"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na əsasən, nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib.
"Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ötən müddət ərzində "Təmiz Şəhər" ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib".







Daha çox foto burada: PhotoStock.az