Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda riyaziyyat üzrə 5, mexanika üzrə 2 problem araşdırılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Texniki Elmləri Bölməsi institut və təşkilatlarının 2013-cü il üçün hesabat iclası çərçivəsində Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatı ilə bağlı çıxışında institutun direktoru Misir Mərdanov söyləyib.
M.Mərdanov hazırda İnformasiya Texnologiyaları İnstitutu ilə bir binada (5,6 və 7-ci mərtəbədə) yerləşən Riyaziyyat və Mexanika İnstitutunun ayrıca binasının olmasını da arzu etdiyini deyib.