Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Möcüzə nəticəsində sağ qalan qazinin anası: "İnanmadım ki, Cahangirdir"
44 günlük Vətən müharibəsi zamanı qəhrəmanlıq göstərərək Vətənin müdafiəsinə qalxan igidlərimizdən biri də Cahangir Əliyevdir.
O, ordudan tərxis olunmasına üç gün qalmış Vətən müharibəsinin başlaması ilə döyüşlərə qatılıb. Kəlbəcər istiqamətindəki döyüşlərdə minaatan atəşi nəticəsində ağır yaralanıb və tanınmaz hala düşüb, 44 gün komada qalıb.
Anası Sevda Əliyeva Cahangiri hər yerdə axtarsa da, tapa bilməyib. Amma ümidini əsla itirməyib.
"Oğlumu nə ölülərin, nə də dirilərin arasında tapa bilirdim. Mənə demişdilər ki, Cahangir sağdır, ancaq harada olduğunu bilmirik. Morqa gedəndə dedilər ki, DNT analizi verin. İstəmədim, dedim ki, oğlumu ayağından da olsa, tanıyacağam", - o bildirib.
Raket mərmisinin partlaması nəticəsində ağır yaralanan Cahangirin sol gözü görmür, qulağı eşitmir və danışmaqda çətinlik çəkir. Komadan ayılandan sonra qəhrəman qazimiz plastik əməliyyat keçirib və ona yeni dəri köçürülüb. Ümumilikdə Cahangir 15 dəfə əməliyyat olunub.
Daha ətraflı Baku TV-nin süjetində:
"Baku TV" teqi üzrə xəbərlər
- Yol kənarındakı ağaclar təhlükə yaradır: Qurumuş budaqlar niyə budanmır?
- Sənədsiz evlərin tükənməyən dərdi: Minlərlə insanın aqibəti necə olacaq?
- Qərbi Azərbaycan Xronikası: Oğlanların "ciyər axşamı" mərasiminin əsas qaydaları
- Şəhid anası: "Üç uşağını qoyub, arxasına belə baxmadan müharibəyə yollandı"
- Qərbi Azərbaycan Xronikası: "Ermənilərin ən böyük cinayəti 1905-ci ildə "Cəngi soyqırımı" olub"
Rəylər