Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində ixtisarların olacağı gözlənilir.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, bunu milli təhlükəsizlik nazirinin birinci müavini, milli təhlükəsizlik naziri vəzifəsini icra edən, general-leytenant Mədət Quliyev bildirib.
General qeyd edib ki, MTN-dəki vəzifəsindən azad olunanların yerinə hələlik təyinat olmayıb: “Əksinə, müəyyən nöqsanlara yol verdiyinə görə 250 nəfərə yaxın əməkdaş MTN sıralarından xaric edilib.
Biz düşünürük ki, MTN operativ və çevik olmalıdır”.
E.Ə.
www.oxu.az