Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları ARTA BİLƏR
Orta məktəblərdə ciddi dəyişiklik gözlənilir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bu təhsil müəssisələri publik hüquqi şəxsə çevrilir.
Prosesin təsirlərindən danışan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun sözlərinə görə, dəyişiklik müəllimlərin əməkhaqlarının artmasına gətirib çıxaracaq.
Qeyd edək ki, publik hüquqi şəxs həm cəmiyyət üçün mühüm xidmətlər göstərir, həm də büdcədən və əlavə gəlir mənbələrindən maliyyələşə bilir.
Onu da bildirək ki, hazırda məktəblər regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərir.
Məktəblərin publik hüquqi şəxsə çevrilməsi isə onların dövlətin tərkib hissəsi olaraq fəaliyyət göstərən qurumdan çıxaraq, müstəqil hüquqi şəxs statusu alması deməkdir. Bu qərar məktəbin idarə olunması, maliyyələşməsi və fəaliyyət mexanizmlərində mühüm dəyişikliklərə yol açacaq.
Ətraflı süjetdə:

"Milli Məclis" teqi üzrə xəbərlər
- Zahid Oruc: "Məcburi cinsi istismar hər il 173 milyard dollar qanunsuz gəlir gətirir"
- 11 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışları davam etdirilir
- 15 yaşına çatmamış yeniyetməni işə cəlb edən şəxslər 4 min manat cərimə ediliblər
- 2024-cü ildə Azərbaycanın üç vətəndaşı xaricdə insan alverinə görə həbs edilib
- Xronika: "Mirzə Qədim İrəvanini təbliğ etmək Qərbi Azərbaycanı yaşatmaqdır"