Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Müsavat”ın mitinqi təxirə salındı - YENİLƏNİB
“Müsavat” Partiyası noyabrın 10-a təyin edilmiş mitinqi təxirə salıb.
Partiya başqanı Arif Hacılı Trend-ə bildirib ki, onlar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Müsavat” Partiyasına mitinq üçün ayırdığı ərazi ilə razı deyillər.
Qeyd edək ki, BŞİH “Müsavat” Partiyasının müraciətinə baxıb və mitinqin noyabrın 10-da Lökbatan qəsəbəsi, 28 may küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.
15:23
Bakı Şəhər İcra Hakimiyyəti “Müsavat”ın mitinqlə bağlı müraciətinə cavab verib.
Oxu.Az-ın məlumatına görə, BŞİH-nin cavab məktubu təşkilatçılara təqdim edilib.
Məktubda noyabrın 10-da, saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim-idman bazasında “Müsavat”ın mitinq keçirməsinə razılıq verildiyi qeyd edilib.
Bununla bağlı təşkilatçılar məlumatlandırılıb.
İlhamə Əbülfət
Rəylər