İyunun 7-də “Rixos Quba Azerbaijan” otelində Azərbaycan Qolf Federasiyası tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş qolf üzrə Azərbaycan turniri start götürəcək.
Oxu.Az Buro247-yə istinadən xəbər verir ki, tədbirin proqramına Nargis Fund və Olive Project tərəfindən təşkil olunmuş xeyriyyə hərracı daxildir.
Hərrac üçün “YAY” Gallery müasir incəsənət kommersiya təşkilatı və “Vault Prive” lyuks klass centlemen klub butiki öz əşyalarını təqdim edib. İ ncəsənət əsərləri arasında - rəsm, heykəl və kişi aksessuarları var. Lotların ümumi sayı 9-dur.
Hərracdan əldə edilmiş vəsait Şəhriyar Əliyevin müalicəsinə yönəldiləcək. Ona Nimann-Pik xəstəliyinin diaqnozu qoyulub. Bu, ömürlük müalicə və nəzarət tələb edən nadir genetik xəstəlikdir. Şəhriyar Azərbaycanda bu xəstəlikdən əziyyət çəkən ilk şəxsdir və ölkəmizdə onun müalicəsi üçün şərait yoxdur. O, xəstəliyin ilk daşıyıcısı kimi rəsmi olaraq, Azərbaycan Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilib. Balaca Şəhriyar yenidən sağlamlığına qovuşacağı günü səbirsizliklə gözləyir:
“Əvvəllər mən rəqslə məşğul olur və rəqqas olmağı arzulayırdım. Ancaq bu xəstəlik arzumun arxasınca getməyə icazə vermir. İndi yeganə istəyim savadlı həkim olmaqdır”.
