Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Naxçıvanda təhsil nazirinin əmri ilə rəhbər vəzifələrə təyinatlar olub
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirinin əmri ilə rəhbər vəzifələrə təyinatlar olub.
Oxu.Az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində, Naxçıvan şəhər və Şahbuz rayon təhsil şöbələrində vakant vəzifələrin tutulması üçün keçirilən daxili və ümumi müsahibədə uğur qazanan namizədlər yeni vəzifələrə təyin olunublar.
Belə ki, Təhminə Mustafayeva Naxçıvan şəhər, Elşən Babayev Şahbuz rayon təhsil şöbələrinə müdir, Hüseyn Qəhrəmanov Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunda sektor müdiri, Ramalə Niftiyeva və Eldar Nadirli isə Təhsil Nazirliyinin Aparatına aparıcı məsləhətçi vəzifələrinə təyin olunublar.
Qeyd edək ki, müvafiq vəzifələrə təyin olunmamışdan əvvəl Təhminə Mustafayeva Naxçıvan şəhər Təhsil Şöbəsində müdir əvəzi, Elşən Babayev Ordubad rayon Təhsil Şöbəsində, Hüseyn Qəhrəmanov Şahbuz rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi, Ramalə Niftiyeva Təhsil Nazirliyi Aparatında məsləhətçi, Eldar Nadirli isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışıblar.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- DİM sədri ekspertləri yıxıb-sürüdü: "Məşhurlaşmaq üçün belə çıxışlar edirlər"
- DİM yazı işlərinin yoxlanılmasında süni intellektdən istifadə edib
- İmtahana telefon gətirənlərlə bağlı tədbir görüləcək - DİM sədrindən XƏBƏRDARLIQ
- Universitetlərə builki tələbə qəbulu üçün plan yerlərinin sayı AÇIQLANDI
- Məleykə Abbaszadə: "Həftəsonu imtahanlarda 54 mindən çox abituriyent iştirak edəcək"