May ayında Naxçıvandan Qəbələyə birbaşa aviareys açılacaq.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Naxçıvan Beynəlxalq Aeroportunun məlumatına görə, Muxtar Respublikadan Qəbələyə təyyarə uçuşlarına mayın 23-dən start veriləcək.
Uçuşlar 76 sərnişin tutan EMBRAER-170 təyyarələri ilə həyata keçiriləcək.
Naxçıvandan Qəbələyə təyyarə reysləri cümə və bazar günləri həyata keçiriləcək bir tərəfə uçuş müddəti 55 dəqiqə təşkil edir. Artıq ilk reysə biletlərin satışına başlanıb - bir tərəfə biletin qiyməti 52 manatdır.
Yaxın gələcəkdə Naxçıvandan Türkiyənin Ərzurum şəhərinə və Ukraynanın paytaxtı Kiyevə də uçuşların açılması planlaşdırılır.
Qeyd edək ki, hazırda Naxçıvandan Bakı və Gəncəyə, eləcə də beynəlxalq uçuşlar kimi Moskva və İstanbula uçuşlar həyata keçirilir.