Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir direktoru işdən çıxardı
Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru işdən çıxarılıb.
Bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd edilib ki, Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin direktoru Yeganə Əliyeva tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, 2019-cu il yanvar-fevral aylarında məktəb kollektivi tərəfindən Nazirliyə daxil olmuş şikayətlərin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.
Komissiya nümayəndələri tərəfindən məktəbdə aparılan yoxlamanın nəticəsi olaraq məktəb direktoruna və Siyəzən Rayon Təhsil Şöbəsinin müdiri Rəfail Hacıyevə aşkar olunmuş pozuntulara görə intizam tənbehi tətbiq edilib.
İlhamə Əbülfət
Rəylər