Türkiyədə yayımlanan “İşte benim stilim” yarışmasında qalmaqallı iştirakı ilə məşhurlaşan Sima Şərafəddinova amerikanlı pilotla ailə həyatı qurub.
Oxu.Az xəbər verir ki, Sima ailə fotolarını şəxsi “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
Model ötən il Los-Anceles şəhərinə köçərək aerobotika dərsləri alıb, elə burada da gələcək həyat yoldaşı ilə tanış olub.
Cütlük 2019-cu ilin yanvar ayında münasibətlərini rəsmiləşdiriblər. Bir neçə gün öncə Şərafəddinova “Instagram”da ailə vəziyyəti bölməsində “subay” sözünü “evli” ilə əvəzləyib.
Посмотреть эту публикацию в InstagramQeyd edək ki, Sima hazırda ABŞ-da keçiriləcək aerobotika 2019 yarışmasına hazırlaşır. Sima Şərafəddinova model karyerasına 15 yaşında başlayıb. Müsabiqələrin birində iştirak edən Sima “Azərbaycan gözəli” seçilib. İxtisasca kompüter mühəndisi olan Şərafəddinova altı dildə danışa bilir.
Simanın arxiv fotolarına diqqətlə nəzər yetirəndə onun simasında etdirdiyi dəyişikliklər aydın sezilir. Plastik və estetik əməliyyatlar yolu ilə model görünüşünü gözəlləşdirərək özünü “barbi gəlinciyi” halına gətirib.
Rəşad Əliyev
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə qaya uçqunu: Azərbaycan qeydiyyatlı TIR-a ziyan dəydi - Video
- Türkiyəli tanınmış müğənninin qızı faciəli şəkildə öldü
- İstanbulda çökən binada aylarla əvvəl çatlar yarandığı üzə çıxdı - Video
- PKK Türkiyədən tamamilə çıxdı
- Şimali Kiprdə azərbaycanlıların da olduğu gəminin batması nəticəsində ölənlərin sayı artdı
Digər xəbərlər