Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb
Elm və təhsil naziri Emin Əmrullayev 2025/26-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə əmr imzalayıb.
Oxu.Az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, birinci sinfə şagird qəbulu valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.
Onlayn qeydiyyat mayın 1-dən, məktəb seçimi prosesinə Azərbaycan bölməsi üzrə mayın 6-dan başlanılacaq.
Qeyd olunub ki, yeni tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil ediləcək.
Həmçinin şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələr keçiriləcək, şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarlar təsdiq ediləcək.
Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə edilib.
"Birinci sinfə qəbul" teqi üzrə xəbərlər
- Birinci sinfə qəbulla bağlı yenilik: Rus bölməsində nəticələr daha tez elan olunur
- 100 minə yaxın uşağın birinci sinfə qəbul prosesi tamamlanıb
- Birinci siniflər üçün rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib
- Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ - Seçim prosesinin vaxtı dəyişdirildi
- Prioritetli məktəblərə şagird qəbulunun tarixi AÇIQLANDI