"Hadrutda yeni məscidimiz inşa olunur. Artıq tamamlama işləri gedir. Bizim onlarla məscidimiz acınacaqlı vəziyyətdədir. Erməni vandalları oğurlayıb talaya bilmədikləri məscidlərdə acıqlarını daşlardan çıxıblar".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, Ağdamın Qiyaslı məscidində tamamlama işləri gedir:
"Qiyaslı məscidi tamamilə dağıdılmışdı. Söhbət təkcə islam abidələrindən getmir. Digər dinlərə məxsus mədəniyyət abidələrimiz də vandalizmə məruz qalıblar. Həm Xocavənd, həm də Ağdərə rayonunda rus kilsələri dağıdılıb".
Məhərrəm Əliyev