Rabitə və yüksək texnologiyalar nazirinə yeni köməkçi təyin edilib.
Oxu.Az "APA-Economics"ə istinadən xəbər verir ki, bu vəzifəyə Emin Tahir oğlu Məmmədov gətirilib.
Qeyd edək ki, E.Məmmədov 2010-2016-cı illərdə Heydər Əliyev Fondunun Humanitar proqramlar departamentinin Təhsil, gənclər və idman şöbəsində aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb.
Xatırladaq ki, E.Məmmədovdan öncə bu vəzifəni Ehtiram Kərimov tutub.

E.Ə.
www.oxu.az