Noyabrın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, axşama doğru havanın tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a daxil olan məlumata görə, səhər və axşam yarımadanın bəzi ərazilərində zəif duman, çiskin olacağı ehtimalı var.
Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-11, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 27-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər duman, çiskin olacağı gözlənilir. Axşam bəzi qərb rayonlarında havanın yağıntılı olacağı, gecəyə doğru intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 1-6, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Ekologiya nazirliyi xəbərdarlıqla da çıxış edib.
Belə ki, nazirliyin məlumatına görə, noyabrın 27-si axşam Respublikanın qərb rayonlarında, 28-də isə bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı, 29-da gözlənilən qısa fasilədən sonra noyabrın 30-dan dekabrın 01-i səhərədək yenidən yağıntılı hava şəraitinin davam edəcəyi
Göstərilən müddət ərzində dağlıq rayonlarda yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu noyabrın 28-də ötən günlərlə müqayisədə 3-8 dərəcə aşağı enəcək. Noyabrın 28-də və 30-da şimal küləyinin güclənəcəyi gözlənilir.