Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə aprelin 26-28-də Bakı şəhərində keçiriləcək “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi ilə bağlı təlimat məktubu göndərilib.
Bu barədə məlumat nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
“Nazirliyin məktubunda sözügedən yarışla əlaqədar şəhərin bəzi küçə və prospektlərinin bağlı olduğu nəzərə alınaraq, şagirdlərin dərslərdə iştirakının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi, həmçinin, alternativ yolların müəyyən edilərək valideynlərə məlumat verilməsi qeyd olunur”, - deyə məlumatda qeyd edilib.
İlhamə Əbülfət
Rəylər