Laçın rayonunda müharibə vaxtı, təxminən 30 il öncə azərbaycanlıların öz doğma yurdlarından didərgin düşərkən qoyub getdikləri evdən 3-4 aylıq uşağın köhnə jaketi tapılıb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən sonra, Orxan Cəbrayılov adlı şəxs jaketin onun əmisi oğluna məxsus olduğunu bildirib.
O, əmisi oğlu Fərid Cəbrayılovun üç aylıq olarkən həmin jaketlə çəkilmiş şəklini paylaşıb.
