Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Neçə nəfər günvurma ilə bağlı müraciət edib? - TƏBİB-dən AÇIQLAMA
Avqust ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə günvurma ilə əlaqədar olaraq 13 nəfərin (3 qadın cinsli, 10 kişi cinsli olmaqla) müraciəti qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlardan 4 nəfər xəstəxanaya hospitalizasiya olunub, 9 nəfərə yerində yardım göstərilib.
Qeyd edilib ki, müraciət edən şəxslərdən 3-ü (2 qadın, 1 kişi cinsli olmaqla) yeniyetmə olub.
"Günvurma hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər