Doğmaları onu bu addımı atmağa nəyin vadar etdiyini bilmirlər.
Oxu.Az xəbər verir ki, dünən Quba meşəsində 20 yaşlı gəncin cəsədi tapılıb. Bu haqda məlumatı Vesti.az Quba rayon prokurorluğundan alıb.
Əldə edilən məlumata görə, Mirzəmməd kəndinin sakininin oğlu 1994-cü il təvəllüdlü Qonaqov Tural Balabəy oğlu 12 fevral axşam vaxtı evdən çıxaraq valideynlərinə Bakıya getdiyini deyir. Səhərisi gün çoban onu meşədə asılmış vəziyyətdə tapır və polisə xəbər verir.
Məlumdur ki, Qonaqov Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi idi. Tural ailədə böyük övlad idi. Gənc Bakıda kirayə qalırdı və arada valideynlərinin yanına gedirdi.
İntiharın səbəbi hələ aydınlaşdırılmayıb.
Doğmaları onu bu addımı atmağa nəyin vadar etdiyini bilmirlər.
Hal-hazırda istintaq davam edir.