Bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsində istismara verilməsi üçün hazırlanan quyunun üzərində quraşdırılmış fantan armaturasında neft-qaz fontanı baş verib.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə atmosferə çıxan neft-qaz məhsulu yanaraq 250 kv.m. sahədə ətrafa yayılıb.
Quyunun yaxınlığında olan qazma aqreqatı, avtomobili və digər quyular yanğından mühafizə olunub.
Yanğın saat 11:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.