Neftçalada ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Aşağı Surra kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayonun Xıllı qəsəbə sakini İbrahim İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil əvvəlcə yolun kənarında dayanmış “KİA” markalı avtomobilə, sonra isə mağazaya çırpılıb. Hadisə zamanı “VAZ-2106”-nın sərnişinləri, Xıllı qəsəbə sakinləri - 43 yaşlı Mədinə Babayeva, 3 yaşlı Nərminə Babayeva və 7 yaşlı Ləman Məmmədova müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, L.Məmmədova xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
14:26
Neftçala rayonunda avtomobil marketə çarpılıb, xəsarət alanlar var.
“Report” xəbər verir ki, hadisə rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “VAZ-2106” markalı avtomobil anidən idarəetmədən çıxıb, daha sonra yolun yaxınlığındakı marketlərdən birinə çarpılıb. Qəza nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Şəxsiyyətləri hələlik məlum olmayan yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.