Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə baş verən yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri tərəfindən saat 21:15 dəqiqədə söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
21:04
Neftçala şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş yanğında ilkin məlumata görə xəsarət alan yoxdur. Təcili yardımın dörd briqadası hadisə yerindədir.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hadisədə qorxu keçirən sakinlərə yerindəcə ambulator yardım göstərilir.
20:30
Neftçala rayonunda dördmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Neftçala rayonu, Neftçala şəhəri, H.Əliyev prospekti 4 ünvanında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.