İyulun 23-dən 24-nə keçən gecə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turnirdə Azərbaycanın yeganə təmsilçisi olan “Neftçi” klubu cavab oyununa çıxıb.
Bakıdakı ilk oyunda 0:0 bərabərə qalan “Neftçi” klubu Albaniyada “Skenderbeu”nun qonağı olub. Son Azərbaycan çempionunu bu görüşdə istənilən qollu heç-heçə və ya minimal hesablı qələbə qane edəcəkdi.
Lakin əlavə hissənin 116-cı dəqiqəsində qapısında qol görən “Neftçi” 0:1 hesablı məğlubiyyətlə barışmalı olub. Beləliklə də Bakı klubu Çempionlar Liqasında mübarizəni dayandırıb.