Millət vəkili Etibar Hüseynov Qafqaz Müsəlmanları İdarəsinin rəhrəbi, Şeyx Hacı Allahşükür Paşazadənin ənənəvi iftar süfrəsinə deputatların da dəvət olunmasını tənqid edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, millət vəkili bu barədə Facebook hesabında yazıb:
“Milli Məclisdə namaz qılıb, oruc tutan 5-6 deputat var. Amma fikir vermişəm ki, şeyximizin iftar süfrəsinə dəvət olunanların əksəriyyəti ilboyu yetim malı yeyən, orucluqda pivə vuranlar olur. Bu siyahını kim tərtib eləyir bilmirəm. Amma təəssüflər olsun ki, burada da imanlılar deyil imkanlılar qabağa verilir. Allah qəbul eyləsin”.