Neftçi Böyükağa Hacıyevlə yollarını rəsmən ayırdı.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.
İclasda baş məşqçi Böyükağa Hacıyev istefa ərizəsini klub prezidentinə təqdim edib.
Onun istefa ərizəsi qəbul olunub və qarşılıqlı razılıq əsasında Böyükağa Hacıyevlə müqaviləyə xitam verilib.
Klub prezidenti köməkçi məşqçilərin işini davam etdirməsini məqsədəuyğun hesab edib.
“Neftçi” sabahdan etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.
Qeyd edək ki, Hacıyev 2011-ci ilin yayından “Neftçi”-yə rəhbərlik edirdi. Hələlik onu kimin əvəzləyəcəyi bilinmir.