Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nənə nəvəsi üçün yardım istəyir: "Qohumlar xəstəliyini bilən gündən bizimlə əlaqəni kəsiblər"
On bir yaşlı Ülvinin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun nənəsi Vəfa Cəfərova məlumat verib.
O bildirib ki, nəvəsi 2020-ci ildən leykoz xəstəsidir:
"Ülvinin on bir yaşı var. Altı yaşı olanda biz onun leykozdan əziyyət çəkdiyini öyrəndik. Həmin gündən müalicələrinə başladıq. Biz onun sağaldığını düşünüb sevinərkən xəstəlik 2023-cü ildə yenidən qayıtdı. Biz artıq iki ilə yaxındır ki, yenidən müalicələrə başlamışıq".
Vəfa Cəfərova nəvəsinin qəyyumluğunu öz üzərinə götürdüyünü deyib:
"Ülvinin anası rayonlardan birində işləyir. Xəstəxanaya rahat aparıb-gətirmək üçün uşağın qəyyumluğunu mən götürmüşəm. Atası Ülvi doğulan gündən onunla maraqlanmır. Qohumlarımız isə xəstəliyi bildikləri gündən bizimlə, demək olar ki, əlaqəni kəsiblər. İllərdir, sizin saytın izləyicilərinin dəstəyi ilə müalicələrini edib onu həyatda tuta bilirik. Ülvinin müalicəsi üçün beş il əvvəl evimə qədər satmışam, ona görə hazırda kirayədə yaşayırıq. İnanın, həm kirayə, həm uşağın müalicələri, günlük xərcləri qarşılamaq bizim üçün çox çətindir. Ülvinin hazırda müalicələrini davam etdirə bilmək üçün 1 500 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 571-42-22.
"Leo Bank": 5411 2498 0715 2330.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Ağır xəstəlikdən əziyyət çəkən doqquz yaşlı qızın yaraları iltihablayıb, müalicəyə ehtiyacı var
- Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"
- Ata övladı üçün fəryad edir: "Mən öz balamın qarşısında aciz qaldım, bəlkə xalqım ona kömək olar"
- Xərçənglə mübarizə aparan 16 yaşlı yeniyetmənin cəmi bir günü qalıb: Xəstəliyi metastaz verib
- Səkkizaylıq İsanın atası: "Xalqıma yalvarıram, balamı xilas edin"