Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Cənubi Koreyada silahlanmış şagird məktəbə hücum edib: Yaralılar var
Cənubi Koreyada silahlanmış şagird müəllimə və uşaqlara hücum edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Yonhap" agentliyi məlumat verir.
Məlumata görə, hadisə nəticəsində altı nəfər yaralanıb.
Hücum Seuldan 110 km cənubda yerləşən Çxondju şəhərində baş verib. Hücum edən şəxs müəllimə və beş şagirdə üz və qarın nahiyəsindən xəsarətlər yetirib, lakin onların heç birinin həyatı üçün təhlükə yoxdur və vəziyyətləri kritik deyil.
Hücum edən şəxs özü isə özünü yaxınlıqdakı su anbarına atıb, lakin xilas edilib və xəstəxanaya çatdırılıb. İndi polis və müstəntiqlər şagirdin motivlərini və hadisənin başvermə şəraitini araşdırırlar.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Cənubi Koreyada beş futbol meydançası boyda ərazidə yanğın: Söndürülməsi bir neçə gün çəkəcək
- Yapon restoranının çinli müştərilərə qadağası qalmaqala səbəb oldu
- Cənubi Koreya Azərbaycana yeni səfir təyin edib
- Cənubi Koreyada prezidentin səlahiyyətlərini icra edən şəxs istefa verib
- Cənubi Koreyada ofis işçilərindən hər gün duş qəbul etmələri istənildi: "Düşünməyin ki, qoxu gəlmir"