Bu gün bəzi ərazilərdə içməli suyun verilişində fasilə yaranıb.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Bildirilib ki, Ceyranbatan- Binəqədi magistral su xəttinin Biləcəri qəsəbəsindən keçən hissəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Hazırda qəza briqadaları hadisə yerində işləyir və günün sonuna qədər qəza aradan qaldırılacaq.